Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UNICEF Azərbaycanda tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini alqışlayır

UNICEF Azərbaycanda tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini alqışlayır

Tarix: 19 Mart 2020 17:44

Bakı. İlhamə İsabalayeva - Trend:

UNICEF-in Azərbaycandakı nümayəndəliyi Prezident İlham Əliyevin COVID-19 xəstəliyinə qarşı mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini alqışlayır.

Trend-in məlumatına görə, UNİCEF bildirir ki, indi hər zamankından daha çox, bizim sağlamlığımızı qorumağa özlərini həsr etmiş həkimlərin, tibb bacılarının və bütün cəsur tibb işçilərinin yanında olmalıyıq:

"Onlara qarşı minnətdarlığımızı göstərmənin bir yolu da sağlam qalmaq üçün sosial izolyasiya daxil olmaqla onların tövsiyə etdiyi bütün profilaktik tədbirlərə riayət etməkdir".


Etiketlər:  UNICEF Azərbaycanda tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini alqışlayır


RƏYLƏR