Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il artıq 540 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Bu il artıq 540 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Tarix: 20 Mart 2020 11:40

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunan həssas əhali qrupları arasında əlilliyi olan şəxslərə də üstünlük verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, 2020-ci ilin ötən dövründə proqrama cəlb edilən 2 600-ə qədər vətəndaşdan 540 nəfəri əlilliyi olan şəxslərdir. Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb edilir və təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər.

Bununla bərabər, BMT İnkişaf Proqramı ilə birgə layihə əsasında 500 əlilliyi olan şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri də aparılır.
Qeyd edək ki, 2019-cu ildə 2400-ə yaxın əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq, mal və materiallar formasında verilmiş aktivlər hesabına kiçik ailə təsərrüflarını qurublar.


Etiketlər:  artıq əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ