Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 10:52
İctimaiyyətə yeni təqdim olunan Redmi Note 9 Pro-nun bir sıra xüsusiyyətləri son günlər texnologiya dünyasında əsas müzakirə mövzusuna çevrilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Redmi Note 9 Pro digər modellərdən 4 kameralı olması ilə fərqlənir. Qiyməti 175 dollar olan telefon Corning Gorilla Glass 5 qorumalı, 6.67 düyüm böyüklüyündə 2400×1080 diaqonallı LCD DotDisplay ekranına sahibdir. Cihazın mərkəzində isə Qualcommun səkkiznüvəli Snapdragon 720G çipi yerləşir. 4 GB və 6 GB RAM-a sahib telefonun daxili yaddaşı 64 GB-dır.
Redmi Note 9 Pro modelində 48 Mp əsas kamera və 8, 5, 2 Mp köməkçi arxa kameralar mövcuddur. Ön kamerası isə 16 Mp-dir.
Barmaq izi oxuyucusu və 18 W sürətli enerji dəstəyi olan telefonun batareya tutumu 5.020 mAs.-dır.