Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 12:21
Son günlərin ən aktual mövzusu koronavirusdan qoruma yollarının axtarılmasıdır. Ən çox verilən suallardan biri isə hansı qidaların viruslara qarşı dözümlülük yaratması barədədir. Koronavirus pandemiyası dövründə orqanizmdə müqaviməti artırmaq, viruslardan qorunmaq üçün hansı qidalar qəbul olunmalıdır?
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, uzman dietoloq Elif Erkin koronavirus da daxil olmaqla, bütün respirator virus infeksiyalarından, soyuqdəymə, zökəm kimi xəstəliklərdən qorunmaq üçün bu qidaları qəbul etməyi tövsiyə edib:
Portağal, qreyfurt, limon, narıngi - C vitamini deposu olaraq qəbul olunan bu meyvələrin suyunu deyil, özünü yemək lazımdır. Bu meyvələr immun sisteminin güclənmədi üçün ən faydalı qidalar sayılır.
Soğan, sarımsaq - təbii antibiotik olaraq orqanizmə daxil olan mikroblarla mübarizə apara bilir, virus infeksiyalarından qoruyurlar. Mütəmadi olaraq çiy, ya da bişmiş halda istifadə etmək tövsiyə olunur.
Nar - immun sisiteminin ən yaxşı dostlarından biridir. Suyunu içmək yerinə orta büyüklükdə olan narı yemək həm qripdən qoruyur, həm də həzmi yaxşılaşdırır.
Yaşıl yarpaqlı göyərtilər - cəfəri, vəzəri, ispanaq həm B kompleks vitaminləri, həm də C və E vitaminləri ilə zəngindir. İmmun sisteminin güclü olması üşün hər dəfə onlardan istifadə tövsiyə olunur.
Göbələk - qripə qarşı qoruyan "Beta-glücan" adlı maddə ifraz edir, immunitetin qrip virusunu tanımasını və onu yox etmək üçün hərəkətə keçməsini təmin edir.
Zəncəfil - hər cür infeksiyadan qorumağa qadir olan maddələrlə zəngindir. Zəncəfildən dəmləmə- çay kimi, yaxud da ədviyyat şəklində yararlanmaq olar.
Turp -Viruslardan qoruyan ən ən faydalı qidalardan biridir, süffrədən əskik etməmək lazımdır.
Kivi -C vitamini ilə ən zəngin olan meyvələrdən biri, güclü qoruyucudur.
Dietoloq daha sonra orqanimzi viruslardan qoruyan qidalar sırasında balıqlar, təbii qatıq, kefir, qoz, badam, fındıq və yumurtanın vacib olduğunu vurğulayıb.