Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 11:00
Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 189 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır.
Trend bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin fevralı ilə müqayisədə 15 obyekt azdır.
2020-ci ilin fevralında 118 753 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 51,4 faiz çoxdur.
Hesabat dövründə əcnəbilər 4 005 daşınmaz əmlak əldə edib. Bu, 2019-cu ilin fevralı ilə müqayisədə 20,6 faiz çoxdur.