Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: Azərbaycan zəruri hazırlıq tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir

Hikmət Hacıyev: Azərbaycan zəruri hazırlıq tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir

Tarix: 24 Mart 2020 00:57

Azərbaycan zəruri hazırlıq tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ ki Azərbaycanla bağlı həyəcan siqnalı çalınmayıb:

"Bu da dövlət başçısının rəhbərliyi altında Azərbaycan Respublikasında idarəetmə sisteminin mükəmməl səviyyədə təşkilinin nəticəsidir. Azərbaycanda bu kimi fövqəladə vəziyyətlərə ölkəmizin hazırlığının mütəhərrikliyinin və cavab vermə reaksiyasının çox mükəmməl səviyyədə təşkil olunmasının bilavasitə təcəssümüdür. Hələ yanvar ayının əvvəllərində bu epidemiyanın ilkin qığılcımlarının yaranması ərəfəsində Azərbaycan zəruri hazırlıq tədbirləri həyata keçirirdi. Bütün bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.


Etiketlər:  Hikmət Hacıyev Azərbaycan zəruri hazırlıq tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ