Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 14:28
2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 371,7 milyon manatlıq xidmət göstərib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 71,6 faizi əhali tərəfindən istehlak olunub.
2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 21,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 78,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 39,8 faizi və ya 148,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.