Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 08:52
Uber şirkətində avtonom maşınların istehsalına rəhbərlik edən Anthony Levandowski Google şirkətinə məxsus məxfi məlumatları oğurladığını etiraf edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, o, öz ifadəsində bildirib ki, Uber Technologies şirkətinə gəlmədən öncə, keçmiş iş yeri Google-a məxsus bir neçə məxfi informasiyanın əks olunduğu sənədləri də oğurlayıb.
İstintaqçı qrup Levandowskiyə bu etirafı qarşılığında həbs cəzasını 30 ay azalacağını bildiriblər.
Qeyd edək ki, 2017-ci ildə Google və Waymo şirkətləri keçmiş əməkdaşı Lewandowskini şirkətə məxsus məxfi məlumatları oğurlamaqda günahlandırıb.
Google şirkəti əmək qanununu pozduğuna görə ondan 179 milyon dollar vəsait tələb edir.