Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub

Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub

Tarix: 28 Mart 2020 06:40

Bakı. Trend:

Yaponiyanın şimalı Aomori və Hokkaydo prefekturaları yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunmayıb.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Milli Meteoroloji İdarəsi bildirib.

Zəlzələlərin episentri Honşu və Hokkaydo adaları arasındakı Sakit Okeanda olub, ocağı isə okean qatının altında 60 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Yeraltı təkanlar Akita və İvate prefekturalarında da hiss olunmuşdur.


Etiketlər:  Yaponiyanın şimalında gücündə zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ