Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 14:52
Bakı. Trend:
Ermənistan ordusunun daha bir hərbi qulluqçusu koronavirusa yoluxub.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
Bununla da koronavirusa yoluxan erməni hərbçilərinin sayı 6-ya çatıb.
Bundan əvvəl 5 hərbi qulluqçu virusa yoluxmuşdu. Buna əsgərlərdən birinin ailə üzvü ilə görüşü səbəb olmuşdu.
Qeyd edək ki, bu günədək Ermənistanda 482 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb.