Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netflix-dən koronavirusla bağlı maraqlı addım: “Spoiler” təhdidi

Netflix-dən koronavirusla bağlı maraqlı addım: “Spoiler” təhdidi

Tarix: 31 Mart 2020 08:24

Netflix koronavirus pandemiyası ilə bağlı maraqlı addım atıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət evdə qalmaqla bağlı tövsiyələrə əməl etməyənləri film və serialların sonluğunu deməklə (spoiler) "təhdid edib". Bu addımın hələlik yalnız Taylandda atıldığı deyilir.

Yəqin heç kəs öz sevimli film sisiləsinin, yaxud serialının sonluğunu əvvəlcədən öyrənmək istəməz. Hətta ehtimalını düşünmək belə, adamın əhvalının korlanmasına bəs edir.

Netflix də buna hesablanmış addım atmaq qərarına gəlib.

Belə ki, şirkət gediş-gəlişin çox oldğuğu nöqtələrdə "spoiler" başlığı ilə bəzi ipucları yerləşdirir. Daha doğrusu, insanların evdə qalmalarını təmin etmək üçün belə düşünmələrini istəyir. Çünki yazılan məlumatlar əslində saxtadır. Sadəcə bu yolla film həvəskarlarının izolyasiya və karantin rejimlərinə əməl etməsinə çalışırlar.


Etiketlər:  Netflix dən koronavirusla bağlı maraqlı addım Spoiler təhdidi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ