Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

Tarix: 7 Aprel 2020 08:08

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq. "CCS Insight" tədqiqat şirkətinin qiymətləndirməsinə görə, qlobal bazarda 1,57 milyard mobil telefon satılacaq ki, bu da son 10 ildə ən aşağı nəticə olacaq. Yuxarıda göstərilən nəticənin 1,26 milyardı smartfonların payına düşəcək ki, bu da ötənilki göstəricidən (1,41 milyard) azdır.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər azalmanın əsas səbəbi kimi koronavirus pandemiyasını göstərirlər. "COVID-19" pandemiyası həyatın normal axınını pozub, nəticədə həm biznes, həm də adi istehlakçılar tərəfindən tələbat azalıb. Həmçinin nəzərə almaq lazımdır ki, epidemiya bitdikdən sonra da iqtisadiyyat üçün mənfi nəticələr bir müddət özünü göstərəcək.
 
"CCS Insight" tədqiqat şirkəti 2021-ci ildə mobil telefon bazarının bərpasına ümid edir. Gözləntilərə görə, mobil telefonların satış həcmi  12% artaraq 2019-cu ilin səviyyəsinə geri qayıdacaq.


Etiketlər:  2020 ildə mobil telefonların qlobal satış həcmi azalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ