Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahil Babayev: ''Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək''

Sahil Babayev: ''Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək''

Tarix: 7 Aprel 2020 19:02

Birdəfəlik müavinət bir ailəyə bir dəfə veriləcək. Ödəniş elektron qaydada həyata keçiriləcək. Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, dövlətin dəstəyi sosial cəhətdən həssas təbəqəyə yönəlib:

"Məqsəd odur ki, kənarda qalan ailələrə dəstək verək. Birdəfəlik ödəmə dövlətdən sosial ödəniş almayan şəxslər üçündür. Dövlətdən sosial ödəniş alan heç bir şəxs bu vəsaiti alan kontingentə düşmür".

S.Babayev qeyd edib ki, son iki gündə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır. Şayiələr yayırlar ki, bu vəsait guya hər kəsə ödəniləcək. İnsanlar yalnız rəsmi məlumatlara inansınlar. Daxil olan müraciətləri araşdırdıqda müraciət edənlərin əksəriyyətinin işləyən, yaxud dövlətdən sosial ödəniş alan şəxslər olduğu məlum olur:

"Son iki gün ərzində nazirlik 10 minlərlə müraciəti emal edir. Onlara çox sürətli şəkildə cavab veriləcək. Bu vəsaiti almaq üçün şəxsin işsiz statusu olmalıdır. İşsiz şəxs ilk növbədə işsiz kimi qeydiyyatda durmalıdır. Bunun ilk yolu e-sosial portalında elektron qeydiyyatdan keçməkdir. Digər istiqamət elektron hökumət portalıdır. Lakin nəzərə alaq ki, elektron hökumət portalı vasitəsilə bütün tədbirlər həyata keçirilir, ona görə də sistemin yüklənməməsi üçün insanları ondan istifadə etməməyə çağırırıq. Onlar çağrı mərkəzlərinə zəng etməklə məşğulluq mərkəzlərinə müvafiq məlumatları təqdim edə bilərlər. Məşğulluq mərkəzləri də bu məlumatlar əsasında onun işsiz olub-olmadığını araşdıracaq".


Etiketlər:  Sahil Babayev Xüsusi karantin rejimi uzansa birdəfəlik ödəmələr davam etdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ