Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 10:04
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ankarada müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı hücumu pisləyib.
Trend-in məlumatına görə, AKP-nin mətbuat katibi Ömər Çelik insidenti şərh edərkən hakim partiyanın zorakılığın istənilən formasının əleyhinə olduğunu bildirib.
O qeyd edib ki, K.Kılıçdaroğluna hücum edən şəxslər Türkiyə qanunları çərçivəsində cəzalandırılacaq.
Xatırladaq ki, ötən gün Ankaranın Çubuk rayonunda bir qrup şəxs türk hərbi qulluqçunun dəfn mərasimində iştirak edən CHP liderinə hücum edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin