Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 18:09
Rusiyanın Səhiyyə Nazirliyi təhlükəli koronavirus infeksiyasının müalicəsində effektiv olan vasitələrin siyahısını yeniləyib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, siyahıya daha üç dərman əlavə edilib.
Nazirliyin mütəxəssisləri böyüklərin müalicəsi üçün hidroksixloroxin, xloroxin , mefloxin, azitromisin, kalsium nadroparin, tosilizumab, lopinavir plus ritonavir, rekombinant interferon alfa, rekombinant interferon beta-1b kimi preparatları istifadə edilməsində icazə veriblər.
Koronavirus xəstələrinin klinik testlərində daha üç dərman - umifenovir, remdesivir, favipiravir kimi vasitələr də sınaqdan keçirilir. Onların effektivliyi sübut olunmadığı üçün hələ ki, siyahıya daxil edilməyib.
Nazirlik qeyd edir ki, ciddi yan təsirlərə səbəb ola biləcək preparatların istifadəsi yalnız həkimlərin nəzarəti altında mümkündür.