Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 14 yaşlı əcnəbi küçədə qarət olundu

Bakıda 14 yaşlı əcnəbi küçədə qarət olundu

Tarix: 20 Aprel 2020 13:18

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbi vətəndaş qarət edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Həmin ərazidə yaşayan Pakistan vətəndaşı 2006-cı il təvəllüdlü Sadior Damnik Zafar Maqbool oğlu Xətai rayonu, R. Bağırov küçəsində yerləşən "Araz" marketin yaxınlığında olarkən tanımadığı şəxs ona yaxınlaşaraq əlindəki 400 manatlıq "Samsung" markalı mobil telefonunu alıb hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Tağıyev Vüsal Elçin oğlu müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Bakıda yaşlı əcnəbi küçədə qarət olundu


RƏYLƏR