Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 21:27
Şimali Koreyanın 36 yaşlı lideri Kim Çen In barəsində ABŞ kəşfiyyatından qəribə açıqlama gəlib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Şimali Koreya lideri Kim Çenin əməliyyat keçirdiyini və vəziyyətinin çox ağır olduğunu bildirilib. Adını açıqlamayan digər ABŞ rəsmisi, "Ürək-damar problemi üzündən Kim əməliyyat edildi" deyərək, Kimin səhhətinin ciddi olduğunu söyləyib.
Cənubi Koreya mediasında yer alan məlumatlara görə, Kim Çen In 12 apreldə Kumgang dağı yamacındakı bir iqamətgahda əməliyyat keçirdiyini və villada dincəldiyi qeyd olunub.
Digər məlumata görə, Kim Çen Inın səhhəti siqaret çəkmək, həddindən artıq işləmək və piylənmə səbəbindən əməliyyat olduğu bildirilib.