Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO)

Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO)

Tarix: 23 Aprel 2020 13:57

Bakı. Samir Əli - Trend:

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İdarəyə Fərid və Seymur adlı şəxslərin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxslərin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakinləri Fərid Şamxalov və qohumu Seymur Şamxalov saxlanılıblar.

Onların üzərində şəxsi axtarış aparılan zaman 15 qram narkotik vasitə heroin, 25 qram psixotrop maddə olan metamfetamin, 56 ədəd dövriyyəsi və satışı qadağan olunan “Pregabalin”, 40 ədəd “Tropin”, 2 ədəd “Ekstazi” həb” və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Qeyd edək ki, narkotik vasitələr alan şəxslər pulu F.Şamxalov və S.Şamxalovun hesablarına müxtəlif ödəmə terminalları vasitəsi ilə onlayn yolla köçürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ssaxlanılan narkokuryerlərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində Baş İdarə əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO) - Gallery Image Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO) - Gallery Image Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO) - Gallery Image Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO) - Gallery Image Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO) - Gallery Image Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO) - Gallery Image Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Onlayn yolla narkotik vasitə satan şəxslər saxlanılıb FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ