Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı (FOTO)

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı (FOTO)

Tarix: 30 Aprel 2020 12:03

Bakı. Samir Əli - Trend:

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Cəbrayıl rayon sakini Şahruq Şavruqov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 107 qram narkotik vasitə heroin, 12 qram psixotrop maddə metamfetamin, 1 ədəd “SUR-2608” markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şahruq Şavruqovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı (FOTO) - Gallery Image Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı (FOTO) - Gallery Image Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı (FOTO) - Gallery Image Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı (FOTO) - Gallery Image Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı FOTO


RƏYLƏR