Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” şirkətinin dünya smartfonlar bazarında payı rekord səviyyəyə çatıb

“Xiaomi” şirkətinin dünya smartfonlar bazarında payı rekord səviyyəyə çatıb

Tarix: 7 May 2020 13:33

“Strategy Analytics” şirkəti tədqiqat apararaq Çinin “Xiaomi” şirkətinin smartfonlar bazarında payını artıraraq Qərbi Avropada və ümumilikdə dünya miqyasında mövqeyini möhkəmləndirməsini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, pandemiya şəraitində qlobal smartfonlar sahəsində bu ilin birinci rübündə 17 faizlik azalma qeydə alınıb. Analitik şirkətin qiymətləndirməsinə görə, qurğuların tədarük həcmi 2019-cu ilin birinci rübündəki 330,4 milyon ədədə nisbətdə 274,8 milyon ədəd təşkil edib.

 

Bütün aparıcı smartfon istehsalçıları – “Samsung”, “Huawei” və “Apple” satışların azalması ilə üzləşib: azalma müvafiq olaraq 19, 18 və 9 faiz olub. Yalnız ən böyük tədarükçülər reytinqində dördüncü yerdə olan “Xiaomi” tədarük həcmini ötənilki səviyyədə saxlaya bilib.

 

Bundan başqa, “Xiaomi” şirkətinin dünya smartfonlar bazarında payı rekord səviyyəyə – 10 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl şirkətin sahə üzrə payı 8,3 faizə bərabər olub.

 

“Xiaomi” Qərbi Avropa bazarında böyük uğurlar əldə edib. İki il yarım əvvəl Çin şirkəti burada paya sahib olmadığı halda hazırda iri tədarükçülər siyahısında dördüncü mövqedə olmaqla “Samsung”, “Apple” və “Huawei” istehsalçılarından geri qalır.

 

Nizam Nuriyev




Etiketlər:  Xiaomi şirkətinin dünya smartfonlar bazarında payı rekord səviyyəyə çatıb


RƏYLƏR