Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa ilk hansı ölkə qalib gəldi?

Koronavirusa ilk hansı ölkə qalib gəldi?

Tarix: 7 May 2020 22:36

İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə yerli hökumət bildirib.
Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.

"İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu", - hökumətin bəyanatında deyilir.

İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.

İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, hələ martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 261 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Etiketlər:  Koronavirusa hansı ölkə qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ