Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Miqrantların olduğu avtomobil qəza törətdi: 6 ölü, 5 yaralı

Miqrantların olduğu avtomobil qəza törətdi: 6 ölü, 5 yaralı

Tarix: 6 Iyun 2019 10:12

Bakı. Trend:

ABŞ-ın Korpus-Kristi şəhərində (Texas ştatı) miqrantların olduğu avtomobil qəza törədib.

Trend-in "KSAT12" telekanalına istinadən verdiyi məlumata görə, polislərdən qaçmağa çalışan avtomobil su kanalına çırpılıb.

Qəza nəticəsində Salvador vətəndaşı olan 6 miqrant həlak olub, 5-i isə yaralanıb.

Bildirilir ki, Robstaun şəhərinin polisləri miqrantların olduğu avtomobili saxlamağa çalışıb, lakin havanın əlverişsiz olması səbəbindən təqibi dayandırıb. Daha sonra avtomobilin keçdiyi yoldan qayıdan iki yaralı miqrantı görən polislər onlar tərəfindən qəza haqqında məlumatlandırılıblar.

Qəza baş verən yerdə 6 miqrantın meyiti və yaralı 3 nəfər aşkar edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Miqrantların olduğu avtomobil qəza törətdi ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ