Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 08:04
Əlavə edilmiş reallıq vizual obyektlərin real dünyadan sürətlə kopyalanaraq rəqəmli sənədlərə yerləşdirilməsi üçün əlverişli bir vasitə ola bilər. Bu, şəkilləri elektron poçtla göndərmək və ya "Photoshop"da obyektlərin kəsilməsi kimi əziyyətli işdən xilas edir. Sadəcə, telefonu köçürmək istədiyiniz əşyaya tərəf yönəltmək və onu qurğunun ekranına "daşımaq" lazımdır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hazırda bu, yalnız eksperimental bir prototipdir. Ancaq artıq bir neçə şirkət belə proqram təminatı üzərində çalışır. Artıq yaxın gələcəkdə belə alət əlçatan olacaq.
Tərtibatçı Diagnenin sözlərinə görə, obyektin köçürülməsinə təxminən 2,5 saniyə, rəqəmli sənədə yerləşdirilməsinə isə 4 saniyə vaxt sərf olunur.