Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 21:44
İstehsalçılar smartfonlar üçün kamera sifarişini 30% azaldıb.
Smartfon üçün kamera obyektiv istehsalçısı dünyaca məşhur Largan şirkəti aprel satışları ilə bağlı hesabat yayımlayıb. Yayımlanan hesabata görə, smartfon üçün kamera avadanlığına olan sifariş mart ayı ilə müqayisədə 13,98%, illik sifarişlə müqayisədə isə 6,03% azalıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ötən ay şirkət 115 milyon dollar gəlir əldə edib.
Şirkətin məlumatına əsasən, aprel ayında satılan kamera tipləri aşağadakılardı:
20 meqapiksel və daha çox - 20-30%
10 meqapikseldən 20 meqapiksələ qədər - 40-50%
8 meqapikseldən 10 Meqapiksələ qədə- 20-30%
8 meqapikseldən - 0-10%
Həmçinin, məlumatda qeyd olunur ki, smartfon istehsalçıları bu ilin ikinci rübü üçün kamera avadanlıq sifarişlərini 30% azaldıb.
Sifarişlərini azaldan şirkətlər aşağıdakılardır:
Samsung - 30%
Oppo - 20-30%
Xiaomi - 10-20%
Huawei - 5-10%