Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sinir sistemini möhkəmləndirmək, stresi azaltmaq üçün ÇOX SADƏ ÜSUL

Sinir sistemini möhkəmləndirmək, stresi azaltmaq üçün ÇOX SADƏ ÜSUL

Tarix: 10 May 2020 21:57

Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti işlə bağlı olaraq çoxlu danışmağa, ünsiyyət qurmağa məcburdur.

Nəticədə insanlarda "reaktiv təfəkkür" formalaşır. Yəni onlar daim müxtəlif məlumatları qəbul edir, onları analiz edirlər. Bu sinir sistemini həddindən artıq yükləyir, nevrozun inkişafına səbəb olur. Belə insanlar yuxu və iştah pozulması, baş ağrıları, tiklərdən əziyyət çəkirlər. Bəs çıxış yolu nədir?

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, rusiyalı psixoloq Lyudmila Polyanova bu vəziyətdən çıxmaq, sinir sisteminə olan yükləməni azaltmaq üçün gün ərzində tez-tez susmağı, danışmamağı tövsiyə edir. Belə fasilələr zamanı yeni məlumatları, mesajları, məktubları oxumaqdan, onlara cavab verməkdən də çəkinmək lazımdır. İnsanın vəziyyətindən asılı olaraq fasilə 1 saatdan başlayaraq bir neçə günə qədər davam edə bilər.  

Psixoloqun sözlərinə görə, insan bu qaydaya əməl etməklə sinir sisteminin vəziyyətini xeyli yaxşılaşdıra, stressi azalda bilər.

Milli.Az


Etiketlər:  Sinir sistemini möhkəmləndirmək stresi azaltmaq üçün ÇOX SADƏ ÜSUL


RƏYLƏR