Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbibdən Ferqyusonun məğlubiyyəti ilə bağlı paylaşım

Həbibdən Ferqyusonun məğlubiyyəti ilə bağlı paylaşım

Tarix: 11 May 2020 09:34

Xəbər verdiyimiz kimi, UFC-nin keçirdiyi turnir çərçivəsində qarışıq döyüş növləri (MMA) üzrə amerikalı çempion Castin Getji həmvətəni Toni Ferqyusona qalib gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmin döyüşdən sonra MMA üzrə dünya çempionu Həbib Nurməhəmmədov öz sosial media hesabında "şərhsiz" yazaraq status paylaşıb.

Qeyd edək ki, Ferqyusonun rəqibi Həbib Nurməhəmmədov olmalı idi. Lakin koronavirus pandemiyasına görə sərhədlərin bağlanması səbəbindən bu döyüş baş tutmadı.

Ferqyuson isə bu məlum səbəbi nəzərə almadan Həbibi qorxaqlıqda ittiham etmişdi.

Bildirilir ki, Getjinin növbəti rəqibi Həbib Nurməhəmmədov olacaq.

Milli.Az


Etiketlər:  Həbibdən Ferqyusonun məğlubiyyəti ilə bağlı paylaşım


RƏYLƏR