Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 13:20
Dortmund "Borussiya"sının üç futbolçusu "Şalke" ilə Almaniya Bundesliqasının XXVI tur matçında zədələnib.
Qol.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Lüsyen Favr bildirib. O, Rafael Gerreyru, Torqan Azar və Mahmud Dahurun kiçik xəsarət aldıqlarını açıqlayıb.
Favr martda məşq vaxtı dizindən zədələnmiş mərkəz müdafiəçisi Dan Aksel Zaqadunun mövsümün sonunadək sıradan çıxdığını, kapitan Marko Röysün isə heyətə dönməyə yaxın olduğunu əlavə edib.
Qeyd edək ki, Dortmund "Borussiya"sı "Şalke"ni 4:0 hesablı məğlubiyyətə uğradıb.