Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balakəndə 1 tondan artıq çətənə bitkisi məhv edilib (FOTO)

Balakəndə 1 tondan artıq çətənə bitkisi məhv edilib (FOTO)

Tarix: 18 May 2020 12:39

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaysa kəndi ərazisində yabanı halda bitən çəkisi 470 kiloqram olan 1510 ədəd, Şambul kəndi ərazisində isə ümumi çəkisi 830 kq olan 3129 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq, yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Balakəndə 1 tondan artıq çətənə bitkisi məhv edilib (FOTO) - Gallery Image Balakəndə 1 tondan artıq çətənə bitkisi məhv edilib (FOTO) - Gallery Image Balakəndə 1 tondan artıq çətənə bitkisi məhv edilib (FOTO) - Gallery Image


Etiketlər:  Balakəndə 1 tondan artıq çətənə bitkisi məhv edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ