Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 23:48
Dünyanın ən böyük oyun firmalarından olan Ubisoft texnologiya nəhəngləri Apple və Google-u məhkəməyə verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, buna Çinin Alibaba Group şirkəti tərəfindən iOS və Android üçün yaradılan Area F2 oyununun məşhur Rainbow Six Siege-in plagiatı olması səbəb olub.
Ubisoft rəsmiləri sözügedən oyunun Play Store ilə App Store-dan silinməsini istəsələr də Apple və Google tərəfi lazımi addımı atmamışdı.
Hazırda Area F2 oyununun Play Store silindiyi bildirilir. Sözügedən addımın birbaşa yaradıcılar tərəfindən atıldığı qeyd olunur. Apple rəsmiləri isə hələlik sükunəti qoruyurlar.