Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 15:12
ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişində Azərbaycan Respublikasının xalq artisti, mərhum aktyor Yaşar Nurinin həyat və yaradıcılığından danışılıb.
Sonxeber.net bildirir ki, verilişin qonağı olan mərhum xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva onunla bağlı xatirələrini bölüşüblər.
Rəhimə Nuriyeva ilk dəfə olaraq ARB-nin efirində mərhum xalq artistinin Firəngiz Mütəllimovanı sevdiyini etiraf edib:
"Yaşar Nurinin heç kimlə şəxsi münasibəti olmayıb. Hamı ilə eyni səviyyədə münasibət göstərib. Yeganə adam Arif Quliyev idi ki, bizə gəliş-gedişi olub. Qadınlarla da eyni cür münasibətdə olub. Firəngiz xanımı isə sevib. Amma buna baxmayaraq Yaşar dünyasını dəyişəndən sonra heç kim bizə gəlib-getmədi".