Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtda küçədə narkotik satan şəxs yaxalandı

Paytaxtda küçədə narkotik satan şəxs yaxalandı

Tarix: 2 Iyun 2020 09:30

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə Səbail rayonu ərazisində olub. Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1985-ci il təvəllüdlü Şəhriyar Əliyev tutulub.

Üzərinə baxış keçirilərkən ondan 10 ədəd kibrit qutusunda 15,358 qram və iki ədəd sellofon torbada 6 kq 458 qram marixuana aşkar edilərək götürülüb.


Etiketlər:  Paytaxtda küçədə narkotik satan şəxs yaxalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ