Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 07:24
Çinin "Xiaomi" korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbərlər agentliyinə verdiyi müsahibədə şirkətin baş direktoru və qurucusu Ley Szyun deyib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, lakin hələ ki sınaqların təfərrüatı yoxdur. Ley Szyun yalnız onu deyib ki, "Xiaomi" yüksəksürətli yeni rabitə standartlarına diqqət ayırır, "6G" şəbəkələrinin yaradılması isə peyk internet şəbəkəsinin yaradılmasından birbaşa asılıdır.
Bununla yanaşı, baş direktor bildirib ki, koronavirus pandemiyası "5G" şəbəkələrinin inkişafına mənfi təsir göstərib, ancaq şirkət bu sahəni inkişaf etdirməkdə davam edəcəyini, həmçinin beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfonlar çıxaracağını qeyd edib.