Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

Tarix: 4 Iyun 2020 09:36

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalaraq 367,8 milyon təşkil edəcək. Gələn il kompüter bazarında durğunluq gözlənilir, 2022-ci ildə isə tədarüklərin həcmində artım qeydə alınacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, fərdi kompüter sahəsinin “COVID-19” pandemiyasına görə xeyli ziyana məruz qalmasına baxmayaraq, mütəxəssislər hesab edirlər ki, çətin günlər arxada qalıb.

 

“Fərdi kompüter bazarında vəziyyətin yaxşılaşmasına Çində tədarük və istehsal zəncirlərinin bərpası, həmçinin distant iş və təhsil üçün qurğulara olan tələbat kömək edir. Ancaq koronavirusun qlobal iqtisadiyyata mənfi təsirini qiymətləndirməmək lazım deyil” – mütəxəssislər xəbərdarlıq edirlər. Çətin iqtisadi vəziyyətdə istehlakçılar, müəssisələr və dövlət strukturları ilk növbədə yeni kompüter satın almağa deyil, həyati əhəmiyyətli məhsullara pul xərcləyəcəklər.

 

Emil Hüseynov




Etiketlər:  2020 ildə fərdi kompüter planşetlərin qlobal tədarük həcmi azalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ