Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis Bakıda həyətdə narkotik plantasiyası aşkarladı

Polis Bakıda həyətdə narkotik plantasiyası aşkarladı

Tarix: 12 Iyun 2020 10:34

Bakıda narkotik becərməsilə məşğul olan şəxs yaxalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklə Mübarizə Bölməsi əməkdaşları daxil olan məlumat əsasında qəsəbə sakini Rəfael Cabbarovun həyətyanı sahəsinə baxış keçiriblər. Baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə becərdilən, ümumi çəkisi 12 kiloqram 785 qram olan 172 ədəd çətənə kolu aşkar edilib. R. Cabbarovun evindən isə 5 kiloqram 15 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Etiketlər:  Polis Bakıda həyətdə narkotik plantasiyası aşkarladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ