Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 05:32
Bakı. Trend:
Cənubi Koreya iyunun 15-i Koreya Xalq Demokratik Respublikasına (KXDR) xüsusi elçilər göndərmək istəyini bildirib, lakin Pxenyan bundan imtina edib.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatında deyilir.
Məlumatda bildirilir: "Qətiyyətli hücumumuzdan təşvişə düşən Cənubi Koreya, prezident Mun Çje İnin Dövlət Şurasının sədrinə xüsusi elçilər göndərmək niyyəti barədə açıqlama verib. Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Yo Çjon bəyan edib ki, bu qeyri-səmimi təklifi tamamilə rədd edir".
Agentlik qeyd edib ki, Cənubi Koreya hakimiyyəti Pxenyana xüsusi elçilər qismində ölkənin Milli Təhlükəsizlik Şurasının sədri Çon Iy Yon və Milli Kəşfiyyat İdarəsinin rəhbəri So Xunanı göndərmək istəyib.
Bildirilir ki, KXDR hakimiyyəti Cənubi Koreyanın "düşünülməmiş təklifindən" narazıdır, çünki Seulun koreyalararası münasibətlərdəki mövcud vəziyyəti düzgün dəyərləndirmədiyini hesab edir: "Siz daha çox təkliflər edəcəksiniz, amma bilməlisiniz ki, bu artıq işləməyəcək".