Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OPPO A91 smartfonu təqdim edildi

OPPO A91 smartfonu təqdim edildi

Tarix: 18 Iyun 2020 21:16

OPPO şirkəti OPPO A91 yeni smartfonunu təqdim edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, smartfon AMOLED matrisli və Full HD təsvir ölçülü 6,4 düymlük ekranla təchiz edilib. Displey Gorilla Glass 5 şüşəsi ilə qorunur.

Barmaq izləri skaneri ekranın alt hissəsində yerləşdirilib və təxminən 0,3 saniyə ərzində reaksiya verir.

Arxa paneldə 4 kameradan ibarət sensor yerləşdirilib. Həmçinin smartfonda 8 meqapiksellik genişbucaqlı sensor var, 3 sm məsafədən makro rejimdə foto çəkiliş etməyə imkan verir. Təsvir ölçüləri 2 mp olan digər iki sensor portret çəkilişində istifadə edilir. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

Smartfon 2,1 QHs takt tezlikli 8 nüvəli "MediaTek Helio P70" prosessoru ilə təchiz edilib, əməli yaddaşın tutumu 8 GB, daxili yaddaşın tutumu isə 128 GB-dır.


Etiketlər:  OPPO smartfonu təqdim edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ