Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 10:12
2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub.
Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,6 mln. tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.
Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.