Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 23:30
Çin parklarında hər səhər yüzlərlə qocalı cavanlı insanların qeyri-adi gəzintisini çoxları müşahidə edir və bu ənənə dünyaya səs salıb. Belə ki, onlar heç nədən çəkinmədən, körpə uşaq kimi dörd ətrafı - yəni əl və ayaqları üzərində yeriş edirlər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu hələ II əsrdən Xan sülaləsi dövründən Qədim Çində təcrübə olunurdu.
Hesab edilir ki, əlləri üstə gəzinti boyun, bel, onurğanı sağaldır, sanki açır, tənzimləyir, yaşlı insanlarda ağrını azaldır. Bir çox dərman və müalicələrdən daha effektivdir.
Artıq 6 ildir səhərlər parkda belə gəzən müəllim Duni bildirir ki, məhz bu idmana görə 90 yaşında özünü gümrah hiss edir. Bu zaman onurğaya qan yaxşı dövr edir.
Belə ki, heyvanlar da, məsələn pişik, bəbir, pələng bəzən belə gəzərkən dartınır və onurğalarını sanki açırlar. Bununla da onurğaya düşən gərginliyi azaldır, əzələləri işlədirlər.
Müasir Çin həkimləri də bu metodun əleyhinə deyil, radikulit, bel ağrıları, gərginlik, baş ağrısında effektivdir.