Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ən sürətli superkompüter hansıdır?

Dünyada ən sürətli superkompüter hansıdır?

Tarix: 27 Iyun 2020 08:16

"Riken" Təbii Elmlər İnstitutunun hazırlaması olan "Fuqaku" superkompüteri dünyada ən sürətli elan edilib. "Kyodo" informasiya agentliyi yazır ki, bu barədə planetin ən məhsuldar superkompüterlərini müəyyənləşdirən "Top-500" beynəlxalq layihəsinin mütəxəssisləri məlumat veriblər.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu superkompüter "Fujitsu" elektrotexnika korporasiyası və "Riken" İnstitutunun mütəxəssisləri tərəfindən birgə işlənib hazırlanıb. Saniyədə 415 milyon kvadrilliondan çox hesablama etmək gücünə malikdir. Bu, ABŞ-ın Milli Laboratoriyasının hazırlaması olan "Summit" superkompüterinin sürətindən təxminən 2,8 dəfə çoxdur. Reytinqin 3-cü pilləsində, həmçinin ABŞ-ın superkompüteri yerləşib, 4-cü və 5-ci yerləri isə Çinin superkompüterləri tutublar.

"Yeni superkompüterin vacib özəlliyi elektrik enerjisindən istifadə vaxtı qənaətcil olmasıdır" - "Riken" İnstitutunun prezidenti Hirosi Maçumoto internet-konfrans vaxtı belə fikir səslənidirib. - Biz onu ilk növbədə dünyada süni intellekt sistemlərinin hazırlanması üçün ən böyük baza kimi istifadə etmək niyyətindəyik".

"Fuqaku" - bu, yaponlar üçün müqəddəs olan Fudzi dağının adlarından biridir. Superkompüterin 2021-ci ilin aprelindən etibarən tam gücü ilə işləyəcəyi gözlənilir. Hələ ki "Fuqaku" superkompüterinin gücündən qismən istifadə olunur.


Etiketlər:  Dünyada sürətli superkompüter hansıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ