Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple niyə Intel prosessorlarından imtina edir?

Apple niyə Intel prosessorlarından imtina edir?

Tarix: 30 Iyun 2020 23:24

Texnologiya nəhəngi Apple Mac-larda öz istehsalı olan ARM prosessorlarını istifadə etməyə hazırlaşır. Apple Silicon adı verilən prosessorlara maraq böyükdür. Yaxşı, bəs bu qərarın altında nə yatır? Bütün işlər yolunda getdiyi bir vaxtda şirkət niyə belə addım atır?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, qərarın verilməsinə səbəb performans artırmaq, enerji istehlakını isə minimuma endirməkdir.

Apple Silicon-un Mac-larda inqilab yaradacağı deyilir. Bundan başqa, qərar firmanın maddi vəziyyətinə də müsbət təsir göstərəcək. Çünki Apple bu mövzuda başqa şirkətin məhsuluna ehtiyac duymayacaq.

Bəzi mənbələrə görə isə ən böyük səbəb Apple ilə Intel arasında yaşanan problemlərdir. Sabiq Intel mühəndislərindən birinin açıqlamasında deyilir ki, Apple Intel-in problemli olduğu deyilən Skylake prosessorlarına görə ciddi çətinliklərlə üzləşib.

Bu prosessorlarda böyük xətalar aşkara çıxaran şirkət, nəhayət, öz güc qaynağını istehsal etməyə qərar verib.


Etiketlər:  Apple niyə Intel prosessorlarından imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ