Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” tərtibatçıları yeni internet texnologiyalarından istifadəyə çağırır

“Apple” tərtibatçıları yeni internet texnologiyalarından istifadəyə çağırır

Tarix: 2 Iyul 2020 16:24

"Apple" şirkəti "iOS" və "macOS" əməliyyat sistemləri üçün proqram tərtibatçılarını yeni internet texnologiyalarına üstünlük verməyə çağırıb. İyunun 22-26-da keçirilmiş "WWDC 2020" konfransında qısa təqdimat zamanı şirkət nümayəndələri tərtibatçıları "IPv6", "HTTP/2", "TLS 1.3" və "Multipatch TCP" kimi yeni texnologiya və protokollardan istifadəyə inandırmaq məqsədilə bir sıra daxili statistik məlumatları açıqlayıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "Apple" şirkətinin internet texnologiyaları üzrə mühəndisi Citen Mehtanın sözlərinə görə, "IPv6" protokolunun (İP protokolunun IPv4-dən sonrakı versiyası) populyarlığı tədricən artır. Məsələn, 2020-ci ilin mayında bütün qoşulmuş "Apple" qurğularının 26 faizi "IPv6" protokolunun payına düşüb. 20 faiz halda "IPv6" üzrə qoşulma mümkün olsa da, protokol serverdə qoşulmuş vəziyyətdə olmayıb.

 

"IPv6"dan istifadə zamanı orta qoşulma sürəti "IPv4" ilə müqayisədə 1,4 dəfə sürətli olur. Bu, əsasən "NAT" texnologiyasından az istifadə və marşrutlaşdırmanın daha da yaxşılaşdırılması sayəsində baş verir", – şirkət mühəndisi qeyd edib.

 

C.Mehtanın sözlərinə görə, 2020-ci ilin mayında "Safari" brauzerində bütün internet səhifələri yükləmələrinin 79 faizi "HTTP/2" protokolu vasitəsilə həyata keçirilib. Protokolun yeni versiyası səhifələrin yüklənilməsini "HTTP/1.1" ilə müqayisədə 1,8 dəfə daha sürətli təmin edir.

 

Şirkət nümayəndələri qeyd edir ki, hazırda "IPv6" və "HTTP/2" protokollarından üstün işləyən əlavələr yaratmaq əvvəlki vaxtlara nisbətən daha asandır – tərtibatçılara yalnız "Apple" şirkətinin proqram interfeys əlavələrinin (API) ən son şəbəkə versiyalarından istifadə etmək qalır.

 

Bundan başqa, "Apple" nümayişi payıza planlaşdırılan "macOS 11" və "iOS 14" əməliyyat sistemlərində "HTTP/3" protokolu dəstəyini sınaqdan keçirir. O, hazırda İnternet Mühəndis Şurasında (IETF) standartlaşdırmadan keçən "HTTP" protokolunun növbəti versiyasıdır.

 

Hazırda "HTTP/3" protokolu müvəqqəti avtomatik deaktiv edilib və "Apple" qurğularında yalnız eksperimental məqsədlər üçün tətbiq olunub. Protokoldan istifadə üçün tərtibatçılar və istifadəçilər onu əl üsulu ilə işə salmalıdırlar.

 

C.Mehta vurğulayıb ki, 2020-ci ilin mayında müasir "Apple" qurğularında bütün "HTTPS" qoşulmalarının 49 faizi "TLS 1.3" protokolundan istifadə edilməklə baş verib. "TLS 1.2" ilə müqayisədə protokolun yeni versiyası "HTTPS" qoşulmasını 1,3 dəfə daha tez quraşdırmağa imkan verir.

 

Nizam Nuriyev




Etiketlər:  Apple tərtibatçıları yeni internet texnologiyalarından istifadəyə çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ