Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb (FOTO)

Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb (FOTO)

Tarix: 3 Iyul 2020 16:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 200 kq-a yaxın at əti aşkarlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kq-a yaxın at əti aşkarlanıb.

Yoxlama zamanı ferma tipli tikililərdə 4 baş at, qoyun və keçilərin kəsim üçün saxlanıldığı müəyyən edilib.

Götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb (FOTO) - Gallery Image Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb (FOTO) - Gallery Image Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda kiloqrama yaxın əti aşkarlanıb FOTO


RƏYLƏR