Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Magistral su xətti zədələnib: Hövsana içməli suyun verilməsi dayandırıldı

Magistral su xətti zədələnib: Hövsana içməli suyun verilməsi dayandırıldı

Tarix: 6 Iyul 2020 17:33

Bakı. Trend:

Qaz xəttinin çəkilişini həyata keçirən şirkət tərəfindən Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-dən Trend-ə bildirilib ki, hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Etiketlər:  Magistral su xətti zədələnib Hövsana içməli suyun verilməsi dayandırıldı


RƏYLƏR