Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 21:36
Android 11-in Developer Preview versiyasının təqdim olunması zamanı Google şirkəti qeyd etmişdi ki, o, yeni əməliyyat sistemini bu ilin üçüncü rübündə istifadəyə verməyi planlaşdırır. İndi isə Google səhvən Android 11-in stabil versiyasının çıxış tarixini açıqlayıb. Bu barədə XDA-Developers saytı xəbər verib. Şirkət Google Smart Home Summit tədbiri üçün nəzərdə tutulmuş xüsusi video hazırlayıb (video artıq silinib). Həmin videoda təqdim edilmiş slaydlardan birində tərtibatçıların 8 sentyabr tarixinə kimi yerinə yetirməli olduqları tapşırıqlar əks olunublar. Beləliklə məhz 8 sentyabr tarixində Android 11-in stabil versiyasının istifadəyə veriləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, keçən ilki Android 10-nun stabil versiyası 3 sentyabr tarixində istifadəyə verilmişdi.