Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2020 10:06
Bakı. Trend:
Çinin şimalında yerləşən Hebey vilayətinin ərazisində 5.1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə ölkənin seysmoloji mərkəzi xəbər yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 06:38-də qeydə alınıb (02:38 GMT+4). Zəlzələnin episentri Tyanşan şəhərinin Que rayonunda, 10 kilometr dərinlikdə olub.
7.9 milyon əhalisi olan Tyanşanda dağıntılar və xasarət alanlar barədə məlumat verilməyib.