Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya XİN-ə haker hücumu

Rusiya XİN-ə haker hücumu

Tarix: 12 Iyul 2020 21:52

Rusiya Xarici İşlər Nazirliyinin Tvitter-dəki Vəziyyət və Böhran Mərkəzinin sosial hesabına haker hücumu edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Qeyd edək ki, bir müddət əvvəl xaricdəki ruslara məlumat vermək üçün nəzərdə tutulan DSCC Tvitter hesabında turizm bazasının satılması ilə bağlı mediada yayılan xəbərlər diqqət çəkmişdi.

M.Zaxarovanın sözlərinə görə, haker hücumu 12 saatdan çoxdur, davam edir: "Nazirliyin sosial hesabına girişin nə vaxt bərpa olunacağı bilinmir".

Milli.Az


Etiketlər:  Rusiya XİN ə haker hücumu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ