Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 05:44
Bakı. Trend:
İsrailin Repatriasiya və İnteqrasiya Nazirliyinin rəhbəri Pnina Tamano-Shata koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə "Maariv" qəzeti bildirib.
Məlumata əsasən, nazir İsrail parlamentinin təhlükəsizliyinə cavabdeh olan şöbəni koronavirus infeksiyası üçün testlərin nəticələri barədə məlumatlandırdı.
Həmin gün millət vəkili Mika Levi bu yaxınlarda nazirlə təmasda olan "Kahol-Lavan" partiyasından iki millət vəkilindən Knessetin maliyyə komitəsinin iclasını tərk etməsini xahiş edib.