Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt Dövlət Dram Teatrında toplantı

Sumqayıt Dövlət Dram Teatrında toplantı

Tarix: 5 Sentyabr 2020 18:39

Sumqayıt Dövlət Dram Teatrında COVİD-19 səbəbi ilə  uzun müddət onlayn fəaliyyət göstərmiş rəhbər heyətin və inzibati işçilərin toplantısı keçirildi.

Direktor, Əməkdar artist Mübariz Həmidov kollektivi salamladı, dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövlətinin  səmərəli və operativ mübarizəsindən danışdı.

Bu müddət ərzində müvafiq şöbə əməkdaşlarının virtual repertuar siyasətinin qurulmasında mükəmməl xidmətlərini vurğuladı, onlayn məşqlərin davam etdiyini və bundan sonra da Nazirlər Kabineti yanında  Operativ Qərargahın qərar və tövsiyyələrinə uyğun davam edəcəyini söylədi. Teatrın direktoru qeyd etdi ki, onlayn formada  olsa da, məşqlərimiz, yaradıcılıq müzakirələrimiz davam edəcək. Müşavirədə o da bildirildi ki,  zərurət yarandığı halda  müəyyən işçilərin  fəaliyyəti yalnız   göstərilmiş qaydalara əməl etmək şərtilə  mümkün olacaqdır.

Daha sonra Sumqayıt Dövlət Dram Teatrının 52-ci teatr mövsümünün açılışı və eyni zamanda cari  ayda  nümayiş olunacaq  virtual repertuar planı haqda müzakirələr aparıldı.
Sonda teatrın direktoru Mübariz Həmidov kollektivə hər zaman virusla mübarizədə ehtiyatlı, tədbirli davranmağı, sosial məsafəni gözləməyi, tibbi maska və digər ləvazimatdan istifadə etməyi tövsiyə etdi.


Etiketlər:  Sumqayıt Dövlət Dram Teatrında toplantı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ