Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşkəsəndə narkotik alveri ilə məşğul olan şəxslər ələ keçdi

Daşkəsəndə narkotik alveri ilə məşğul olan şəxslər ələ keçdi

Tarix: 3 Fevral 2021 16:45

Bakı. Samir Əli - Trend:

Daşkəsən rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayonun Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş Anar Orucov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 26.337 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Orucova məxsus, fərdi yaşayış evinə baxış keçirilib və həyətyanı sahədən, 1 ədəd sellofan torabada, təmiz çəkisi 1 kq 010 qram narkotik vasitə olan marixuana aşkar edilib. Bundan başqa davam etdirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində Quşçu kəndinin digər bir sakini Elçin Əmrahovdan da 20.540 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Etiketlər:  Daşkəsəndə narkotik alveri ilə məşğul olan şəxslər ələ keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ