Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 20:57
"Bu günə olan elmi məlumat odur ki, yeni virus variantları və mutasiyalar xəstəliyin ağır gedişinə səbəb olmur".
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev açıqlayıb.
Mütəxəssis qeyd edib ki, yeni növ koronavirus infeksiyasının (COVID-19) mutasiyalarına yoluxanlar xəstəliyi digərlərindən ağır keçirmirlər:
"Bunlara görə ölüm sayları da çoxalmayıb. Amma əlimizdə olan elmi statistikalara baxdıqda görünən budur ki, bu virus variantları və mutasiyalar bu günə qədər olan virusla müqayisədə insanları daha tez yoluxdurur. Məsələn, əvvəl 10 adam 8 nəfəri yoluxdururdusa, indi 10 adam 14 nəfəri yoluxdura bilər və bu virusa xas şəkildə həndəsi silsilə ilə arta bilər. Nəticədə isə ölkələrin səhiyyə sistemləri (xüsusilə vətəndaşın məsuliyyətini çəkən) dekompensasiya olub insanlara keyfiyyətli xidmət göstərməyə bilər ki, bu da ağır nəticələr verə bilər".
N.Abdullayev onu da bildirib ki, Azərbaycanda yük yenə dövlətin üzərinə düşür: "Səhiyyə sisteminin bu istiqamətdə strategiyaları artıq hazır olmalıdır. Ehtiyatı əldən verməli deyilik ki, sonda da əzabını xalq çəkməsin".